69d590ef0f98269d590ef0f983177560395169d590ef0f98069d590ef0f981


İsrailin və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar dayandırılıb.

Globalinfo.az bildirir ki, Pakistan baş naziri Şahbaz Şərif “X” sosial şəbəkə hesabında atəşkəs razılığının əldə edildiyini bildirib.

Şərifin sözlərinə görə, İran ilə ABŞ və onların müttəfiqləri atəşkəs barədə razılığa gəliblər. Atəşkəsin iki həftə qüvvədə olacağı deyilir.

O, ABŞ, İsrailİran nümayəndələrini aprelin 10-da danışıqlar üçün İslamabada dəvət etdiyini açıqlayıb.

İran tərəfi bildirir ki, müharibə yalnız 10 aprel danışıqlarında 10 bəndlik saziş tam imzalandıqdan sonra başa çatmış hesab olunacaq.

İlkin dəyərləndirmələrdə atəşkəs razılığı İranın indiki mərhələdə qələbəsi kimi təqdim olunur. Artıq İranda xalq qələbəni bayram edir. İnsanlar küçələrə axışıb. Bu razılaşmanın Tehranın üstün mövqeyi kimi təqdim edən bəzi ekspertlərin rəyinə görə, Hörmüz boğazına nəzarət İranda qalacaq. Hətta sanksiyaların ləğv ediləcəyi də bildirilir.

Paylaş: