Lavrov Rubio ilə danışdı

scale 1200 1

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“ABŞ-ın istəyi ilə iki ölkənin xarici işlər üzrə rəhbər şəxsləri arasında telefon danışığı olub”, – deyə nazirlikdən bildirilib.

Tərəflər Rusiya-ABŞ münasibətlərində problemlərin həlli üçün əlaqələrin saxlanılması barədə razılığa gəliblər. Bundan başqa, Rusiya və ABŞ arasında dövlətlərarası dialoqların qarşılıqlı hörmət əsasında bərpası istiqamətində işlərin görülməsi də razılaşdırılıb.

Məlumata görə, Lavrovla Rubio Putinlə Trampın görüşünü təşkil etmək üçün daimi əlaqədə olmaq barədə qərar qəbul ediblər.

Aysel Əliyeva
Globalinfo.az