Ötən gün meyitləri tapılan müğənni və rəqqasə haqda YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, ötən gün Gəncə şəhərində 1989-cu il təvəllüdlü müğənni Turxan Əliyev və 2000-ci il təvəllüdlü rəqqasə Aytən Abdullayeva dəm qazından boğularaq ölüblər.

Globalinfo.az “Unikal”a istinadən xəbər verir ki, Turxan Əliyev ailəli olub. Onun 1 övladı var.

Rəqqasə Aytən Abdullayevanın isə Türkiyə vətəndaşı ilə ər-arvad münasibətində yaşadığı bildirilib.

Qeyd edək ki, T.Əliyev və A.Abdullayevanın cansız bədənləri kirayə yaşadıqları evdə tapılıb.