fereh samireqizi

Azxəbər.com-un məlumatına görə, Fərəh Samirəqızı məhkəmənin qərarı ilə 500 manat məbləğində cərimələnib və sərbəst buraxılıb.

***13:38

Müğənni Fərəh Samirəqızı saxlanılıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.

Fərəh yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.

Müğənninin anası Samirə Yusifqızı isə Azxeber.com-a məlumatı təkzib edib:

“Xeyr, bu xəbər yalandır. Heç bir saxlanılma yoxdur. Qızım hazırda evdədir”.

Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.

Paylaş: