qsd

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.

Globalinfo.az bildirir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.

Qarşılaşma Bakı Kristal Zalında, saat 18:00-da start götürəcək.

Bundan əlavə, B, C, D, E və F Divizionlarının da qalibi bəlli olacaq.

Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.

A Divizionu

Final

18:00. Çexiya – İspaniya

B Divizionu

Final

15:00. Portuqaliya – Zambiya (33-cü yer uğrunda)

C Divizionu

Final

13:30. Tunis – Belarus (65-ci yer uğrunda)

D Divizionu

Final

12:00. Kanada – Tacikistan (97-ci yer uğrunda)

E Divizionu

Final

10:30. Mərkəzi Afrika Respublikası – Banqladeş (129-cu yer uğrunda)

F Divizionu

Final

09:00. Yeni Zelandiya – Efiopiya (161-ci yer uğrunda)

Xatırladaq ki, Çexiya – İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.

Paylaş: