“Bizə xəbərdarlıq gəldi ki, bəzi lövhələrin kazarmalardan dərhal çıxarılması barədə əmr verilib. Njdenin şəkilləri, xəritələr və erməni dövlətləri haqqında plakatlar da bura daxildir”.
Globalinfo.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Karapet Poqosyan yazıb.
O, fotoları təqdim edərək bildirib ki, sözügedən plakatlar Müdafiə Nazirliyinin xüsusi sifarişi ilə hazırlanmışdı:
“Aşağıda yığışdırılan plakatları təqdim edirəm. Əvvəllər bunlar Müdafiə Nazirliyinin sifarişi ilə bütün hərbi hissələrə verilirdi və asılması məcburi idi. Mənə dedilər ki, bəzi yerlərdə əsgərlər qarşı çıxır, məsələn, xəstəxanaların birində müalicə olunan əsgərlər buna görə hay-küy salıblar və məsələnin həlli üçün hərbi polis cəlb olunub”.
Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı məlumat yayaraq bildirib ki, “qəhrəmanların” rəsmləri bərpa işlərindən sonra yenidən həmin yerə yerləşdiriləcək.
Tamerlan Yayaqan
Globalinfo.az