Müdafiə nazirləri razılığa gəldi

Rusiya, Türkiyə və Suriyanın müdafiə nazirliklərinin rəhbərləri Moskvada keçirilən danışıqlarda birgə üçtərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Görüşdə Suriyada beynəlxalq yolların açılması və Türkiyə mallarının ölkə ərazisindən keçməsi müzakirə olunub. Tərəflər, həmçinin suriyalı qaçqınların öz yerlərinə qayıtmasını asanlaşdırmaq üçün birgə mexanizm barədə razılığa gəliblər.