Müdafiə nazirinin müavini ABŞ HHQ-nin Baş Qərargah rəisi ilə nələri müzakirə etdi?

Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Braunla görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Tviter hesabında məlumat verib.

“İkitərəfli müdafiə əlaqələrimiz, regional sülh və sabitliyin qorunması ilə bağlı məhsuldar müzakirələr apardıq”, – o bildirib.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim də iştirak edib.

***

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Globalinfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Çarlz Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim də iştirak edib.