Mübariz Mənsimovun obrazı Türkiyə serialında – VİDEO

Türkiyənin məşhur “Ben bu cihana sığmazam” serialına Emir Qardaşov adlı azərbaycanlı obraz daxil olub. 

Globalinfo.az xəbər verir ki, serialda Türkiyədə böyük yatırımlar etdiyi deyilən azərbaycanlı iş adamı E.Qardaşovun əslində Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun obrazı olduğu iddia edilir.

Sözügedən obraz sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

E.Qardaşov seriala daxil olduğu ilk səhnədə baş rol Cezayir Türkü xilas edir.

Əliyar Xəlil
Globalinfo.az