yas olum esas 1

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Kadrlar Baş İdarəsinin sabiq rəisi, general-mayor Əlimusa Əliyev vəfat edib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun məlumatına görə, general-mayor 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əlimusa Əliyev ləğv edilmiş MTN-nin rəisi Eldar Mahmudovun sağ əli kimi tanınıb.

2016-cı ildə barəsində rüşvət iddiaları yayılan general bütün ittihamları təkzib etmişdi.

Mərhum bu gün torpağa tapşırılacaq.

Paylaş: