668735

Bazarda və marketlərdə mövsümü meyvələr göz oxşasa da, qiymətlər cib yandırır.

Bəs mövsümdə ucuz satılmalı olan meyvələr niyə bahadır?

Globalinfo.az Milli.az-a istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlər keçən ilə nisbətən bir az yüksəkdir.

Gilasın kilosu 2,50 manatdan 14 manata, çiyələk 3 manatdan 6 manata kimi dəyişir. Məsələ tək bununla yekunlaşmır. Bölgələrdə fermerlər satıcıların məhsulu onlardan qat-qar ucuz istədiklərini bildiriblər.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, güclü yağışlar əkinçilik üçün faydalı olsa da, bağçılıq sahəsində müəyyən problemlər yarada bilər.

Onun sözlərinə görə, ağacların çiçəkləmə və tozlanma dövründə yağıntıların çox olması arı və digər həşəratların fəaliyyətini zəiflədir, bu da məhsuldarlığın azalmasına səbəb olur:

“Eyni zamanda, torpağın uzun müddət nəm qalması ağacların kök sisteminin inkişafına mənfi təsir göstərə bilər. Yağışlar dərmanlama işlərinin effektivliyini də azaldır və fermerləri əlavə xərc çəkməyə məcbur edir. Bununla yanaşı, o vurğulayıb ki, bu hallar ölkədə meyvə-tərəvəz qıtlığı yaradacaq səviyyədə deyil. Çünki Azərbaycanın müxtəlif bölgələrində iqlim və yağıntı şəraiti fərqlidir”.

Paylaş: