Kaya Kallas

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin görüşü ərəfəsində Rusiyaya qarşı nəzərdə tutulan 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Ümid edirik ki, 250 Rusiya fiziki və hüquqi şəxsi ilə bağlı məhdudiyyətləri razılaşdıra biləcəyik. Bu, indiyədək razılaşdırmağa çalışdığımız ən böyük siyahıdır. Lakin 21-ci sanksiyalar paketi ilə bağlı hələ də açıq qalan bəzi məsələlər var”, – deyə Kallas bildirib.

İyulun 10-da “Euroactiv” portalı yazıb ki, Avropa Komissiyası 21-ci sanksiyalar paketinə daxil edilməsi planlaşdırılan ən sərt müddəalardan bəzilərindən imtina edib.

Sənəd layihəsində Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş bütün Rusiya hərbçilərinə avtomatik viza qadağasının tətbiqi nəzərdə tutulurdu. Lakin Fransa, İtaliya və Yunanıstan bu təşəbbüsə qarşı çıxıb.

Bildirilir ki, həmin ölkələrin iqtisadiyyatı müəyyən dərəcədə rusiyalı turistlərdən asılı olduğuna görə bu müddəa dəstəklənməyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: