Bu gün səhər saatlarında Qətərdən havaya qalxan ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarəsi Rusiya sərhədini keçib.
Globalinfo.az xəbər verir ki, Uitkoffun Rusiya tərəfini Ukrayna ilə atəşkəs sazişi imzalamağa razı salmaq üçün Moskvaya səfər etdiyi bildirilir.
***
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun təyyarəsi havaya qalxıb.
Globalinfo.az xəbər verir ki, Rusiyanın “Militarist” hərbi Teleqram kanalı “FlightRadar”dan görüntülər yayıb.
Uitkoffun Moskvaya uçduğu ehtimal olunur. Bu gün Belarus Prezidenti Aleksandr Lukaşenkonun da Rusiyaya səfəri gözlənilir. Kanalın məlumatıma görə, Trampın xüsusi nümayəndəsinin Moskvada Rusiya Prezidenti Vladimir Putin və Lukaşenko ilə görüşü baş tuta bilər.
Qeyd edək ki, daha öncə S.Uitkoffun 11-16 mart tarixləri aralığında danışıqlar üçün Rusiyaya səfərinin gözlənildiyinə dair məlumat yayılmışdı.
Ayşən Mustafa
Globalinfo.az