Moldovadan Qaqauziya lideri barəsində gözlənilməz qərar

Moldovalı biznesmen İlan Şor, deputat Marine Tauber və Qaqauziya lideri Yevgeniya Qutsulaya cinayət işi açılacaq.

Globalinfo.az xəbər verir ki, bunu Moldova parlamentinin təhlükəsizlik komissiyasının sədri Lilian Karp deyib.

O, hər üç şəxsin dövlətə xəyanətdə ittiham olunduğunu deyib.

Qeyd edək ki, hər üç şəxs rusiyayonlü mövqeyi ilə seçilir. Bundan öncə onlar Moskva “Qələbə” blokunun iclasında iştirak ediblər. Moldova bu blokun ölkədə qeyri stabillik yaratmaq istədiyini iddia edir.

Əliyar Xəlil
Globalinfo.az