Bu gün Modern.az saytının ad günüdür.
Globalinfo.az xəbər verir ki, saytın yaranmasından 15 il ötür.
2009-cu ilin sentyabrın 1-də fəaliyyətə başlayan Modern.az Azərbaycanda, regionda və dünyada baş verən hadisələr barədə oxuculara operativ məlumatlar verir, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edir.
Həmkarlarımızı təbrik edir, onlara gələcək işlərində uğurlar arzulayırıq.