makron

YunanıstanFransa strateji tərəfdaşlıq və əməkdaşlıq müqaviləsini 2021-ci ilə qədər uzatmaqla müdafiə sahəsindəki əməkdaşlığını gücləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Afinaya səfər edən Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra deyib.

“Makrona bir daha təşəkkür etmək istəyirəm. Çünki o, açıq şəkildə bildirdi ki, əgər Yunanıstan Fransanın dəstəyinə ehtiyac duysa, rəsmi paris Afinanın yanında olacaq”, – Mitsotakis bildirib.

Onun sözlərinə görə, strateji ittifaq qurmaq qərarı beş il əvvəl seçilən kursun davamı idi.

“Müdafiə sektorundakı nəticələr göz qabağındadır. İyirmi dörd ədəd “Rafale” qırıcı təyyarəsinin çatdırılması, eləcə də “MICA” raketlərinin modernləşdirilməsi istiqamətində imzalanan müqavilə sayəsində Yunanıstan Hərbi Hava Qüvvələrinin imkanları əhəmiyyətli dərəcədə genişlənib”.

Mitsotakisin sözlərinə görə, Fransa ilə əməkdaşlıq ölkənin potensialını gücləndirir, milli və Avropa sərhədlərinin qorunmasına töhfə verir. Yunanıstan-Fransa tərəfdaşlığı mövcud geosiyasi dəyişikliklər fonunda uzaqgörən bir addımdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: