Misir postu vuruldu: İsrail üzr istədi

İsrail Ordusuna aid tank təsadüfən sərhəddə Kerem-Şalom rayonunda Misir postuna atəş açıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

Hadisənin təsadüfən olduğu və məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir. İsrail Ordusu bununla əlaqədar Misir tərəfindən üzr istəyib.