Mişel Bakı və İrəvana məktub göndərdi: Brüssel məyusdur

“Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhə yönəlmiş səylərini yeniləyir”.

Globalinfo.az xəbər verir ki, məlumatı “Politico” nəşri mənbələrinə istinadən yayıb.

Qəzet bildirib ki, Mişel Avropa Siyasi Cəmiyyətinin Britaniyadakı sammitində Azərbaycan və Ermənistan liderləri ilə ikitərəfli görüşlər keçirib.

Mişelin həmçinin iki tərəfə də sülh danışıqlarında inkişafla bağlı məktub yazdığı bildirilib. Bununla belə, qəzet yazır ki, son aylardakı diplomatik dalandan sonra Brüsseldə məyusluq artıb.

Əliyar Xəlil
Globalinfo.az