Ceyhun Bayramov Mirzoyanla görüşəcək – Tarix açıqlandı

İyunun 12-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan XİN sözçüsü Ani Badalyan deyib.

O bildirib ki, Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında sülh prosesi istiqamətində danışıqlar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat və görüşün təfərrüatları daha sonra açıqlanacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş iyulun 21-də Brüsseldə keçiriləcək.

Ayşən Mustafa
Globalinfo.az