Mirzoyan: “Bakı ilə sülh üçün bu məqamlar razılaşdırılmalıdır”

“Doğrudur, çətinliklər var, lakin hesab edirik ki, Azərbaycanla sülh müqaviləsi imzalanmaq mümkündür”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Argentinanın “Todos Noticias” televiziyasına müsahibəsində deyib.

Ermənistan XİN başçısı sülh müqaviləsi ilə bağlı bəzi məqamların razılaşdırılmalı olduğunu bildirib:

“Biz öz tərəfimizdən həll yollarını tapmaq üçün konstruktiv səylər göstəririk. Müqavilə ilə bağlı isə razılaşdırılmalı olan bəzi vacib məqamlar var. Bunlardan biri ərazi bütövlüyünün Alma-Ata bəyannaməsinə əsasən qarşılıqlı şəkildə tanınmasıdır”.

Ayşən Mustafa
Globalinfo.az