Mirzoyan britaniyalı həmkarı ilə danışdı: Sülh…

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Böyük Britaniyanın Avropa, Şimali Amerika və xarici ərazilər üzrə dövlət naziri Stefan Dauti ilə telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər Ermənistan və Böyük Britaniya arasında qurulmuş strateji dialoqdan və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsindən danışıblar.

Ararat Mirzoyan və Stefan Dauti regional sabitlik və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Mirzoyan Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımları, xüsusilə də sülh müqaviləsinin imzalanması istiqamətindəki müzakirələri britaniyalı nazirin diqqətinə çatdırıb.

O bildirib ki, regionda sabit sülhə nail olmaq üçün sülh müqaviləsinin imzalanması çox vacibdir.

Müşviq Tofiqoğlu
Globalinfo.az