Mirzoyan KTMT baş katibi ilə görüşdü – Müzakirə

Dekabrın 21-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT-nin Baş katibi İmanqali Tasmaqambetovu qəbul edib.

Globalinfo.az xəbər verir ki, tərəflər KTMT-nin fəaliyyəti ilə bağlı məsələləri müzakirə ediblər.

KTMT-nin Baş katibi KTMT-nin noyabr ayında Minskdə keçirilmiş iclaslarının nəticələri barədə Mirzoyana məlumat verib.

Görüş zamanı Ararat Mirzoyan və İmanqali Tasmaqambetov bölgədəki vəziyyət, nəqliyyat və qarşılıqlı iqtisadi əlaqənin inkişafına yönəlmiş layihələr, o cümlədən “sülhün kəsişməsi” konsepsiyası barədə fikir mübadiləsi aparıblar.