Mirzə Ələkbər Sabirin nəvəsi haqda qərar verildi: işi məhkəmədədir

Mirzə Ələkbər Sabirin nəvəsi Gündüz Tahirli idarəçilik qaydaları əleyhinə inzibati xəta törətməkdə ittiham olunur. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Gündüz Tahirli baərsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib və hakim Ülviyyə Şükürovanın icraatında verilib.

529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.