Mingəçevirdə 37 yaşlı qadın qətlə yetirildi: Şübhəli saxlanıldı

Martın 10-u saat 17 radələrində Mingəçevir şəhəri ərazisində 1987-ci il təvəllüdlü Aytən Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokurorluğundan bildirib.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Ceyhun Mirzəyevin şəhərin Naxçıvan küçəsi ərazisində yerləşən mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı Aytən Məmmədovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Ceyhun Mirzəyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

***

Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Globalinfo.az -a  bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.