Böyük Britaniyada milyonçuların sayı azalaraq 2008-ci il qlobal maliyyə böhranından bəri ən aşağı səviyyəyə enib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Adam Smith Institute” tərəfindən aparılan araşdırmada qeyd edilib.
İnstitutun hazırladığı analitik göstəriciyə əsasən, 2021-ci ildə ölkədə sərvəti 1 milyon funt sterlinq və daha çox olan 1 milyondan artıq şəxs yaşayırdı.
Lakin son beş ildə bu rəqəm kəskin azalaraq 442 min nəfərə düşüb ki, bu da 2008-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Araşdırmaya görə, bu azalmaya yüksək faiz dərəcələri, Britaniya iqtisadiyyatına inamın zəifləməsi, real aktivlərin dəyərinin aşağı düşməsi, yüksək vergi yükü və digər amillər səbəb olub.
Tədqiqat müəllifləri xəbərdarlıq edirlər ki, varlı əhalinin ölkəni tərk etməsi Böyük Britaniya iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər.
Onların fikrincə, milyonçular investisiya qoyuluşu və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynadıqları üçün bu tendensiya iqtisadi artıma mənfi təsir göstərə bilər.
Əliyar Xəlil
Globalinfo.az