2f5d7fda089c073f0660cdf400d41dc5 5

ABŞ-ın Nyu-York şəhərinin ən varlı sakinləri mer Zohran Mamdaninin ikinci mənzillərə yeni vergi tətbiqi təşəbbüsünə qarşı çıxıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat dərc edib.

Qubernator Keti Hokul ilə birlikdə irəli sürülən təşəbbüsə görə, dəyəri 5 milyon dollardan yuxarı olan ikinci evlər vergiyə cəlb ediləcək.
Məqsəd büdcə gəlirlərini artırmaq və bərabərsizliyi azaltmaqdır.

Lakin bu plan varlılar və ABŞ prezidenti Donald Tramp tərəfindən tənqid olunub.

Mübahisəni Mamdaninin press-relizindəki səhv daha da gücləndirib. Belə ki, 238 milyon dollarlıq penthausun alıcısının adı yanlış göstərilib. Əslində, həmin əmlak milyarder Ken Qriffə məxsusdur.

Bundan sonra Uoll-strit nümayəndələri və milyarderlər merə qarşı sərt mövqe tutublar. Narazılıq daha çox verginin özündən yox, Mamdaninin şəxsi yanaşmasından qaynaqlanır.

Mamdani isə geri addım ataraq təşəbbüsün kollektiv qərar olduğunu bildirib və Qriffini şəhər üçün vacib biznes lideri adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: