Azərbaycanın Milli Qəhrəmanı Şamoy Çobanovun atası Məhyəddin Çobanov vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat verilib.
Bildirilib ki, Məhyəddin Çobanov oktyabrın 29-u Qazax rayonunun Ağköynək kənd qəbristanlığında dəfn edilib.
Qeyd edək ki, Şamoy Çobanov 1965-ci ilin yanvar ayının 19-da Qazax rayonunun Ağköynək kəndində anadan olub.
O, 1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndində gedən döyüşdə şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Şamoy Məhyəddin oğlu Çobanova (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.