Milli Məclisin bu komitələrinin Şuşada iclası keçiriləcək

Milli Məclisin payız sessiyasında bəzi komitələrin iclaslarının Şuşada keçirilməsi gözlənilir.

Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, parlamentin Mədəniyyət komitəsinin, Elm və təhsil komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin hər birinin sessiya üzrə bir iclası Şuşada keçiriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa ili” çərçivəsində Şuşada keçirilən tədbirlərə parlamentin 2022-ci ilin yaz sessiyasının komitə iclasları da daxil edilmişdi. Ötən sessiyada baş tutan iclaslarda bir çox komitələr birgə, eləcə də ayrı-ayrılıqda dinləmələr və müzakirələr həyata keçirib.

Bir neçə komitənin Şuşa iclası üçün vaxt çatmaması səbəbilə toplantıların bu sessiyada davam etdiriləcəyi ehtimal olunur.