Milli Məclisdə Ermənistanın vurduğu ziyanla bağlı xüsusi dinləmə keçiriləcək

Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üçün İş planına daxil edilib.