Metronun növbəti stansiyasının FOTOLARI – VİDEO

“Bakı metropoliteninin Bənövşəyi xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb”.

“Bakı Metropoliteni” QSC-dən Globalinfo.az-a verilən məlumata görə, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Bildirilib ki, avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla 4 istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun – sonuncu mərhələdə yerinə yetiriləcək:

“Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır. Qeyd edək ki, “B-04”, Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”.