Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah narahatlıq yarana bilər

Sabah müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, fevralın 23-də Abşeron yarımadasında mülayım xəzri küləyinin üstünlüyü və nisbətən rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.