
Serbiyanın Zlatibor şəhərində məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatı zamanı məşqçimiz hakimi vurub.
Globalinfo.az xəbər verir ki, münaqişə Yusif Ağakişiyevlə serbiyalı boksçu Viktor Maystoroviç arasındakı qarşılaşma zamanı yaşanıb. Belə ki, görüşü idarə edən şimali makedoniyalı hakim Stefan Tsubalevskinin qərarlarından narazı qalan azərbaycanlı məşqçi əvvəlcə ona sözlə etiraz edib. Daha sonra isə məşqçi ikinci raundda rinqə çıxaraq, referini boğmağa başlayıb.
Nəticədə döyüş dayandırılıb, azərbaycanlı boksçuya məğlubiyyət verilib. Bununla da Maystoroviç qızıl, Ağakişiyev gümüş medal alıb.