Məşhurların 2023-cü ildə geyindikləri ən pis geyimlər – SİYAHI + FOTO

“WWD” nəşriyyatı 2023-cü il üçün məşhurların geyimlərinin antireytinqini tərtib edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, tam siyahı nəşrin rəsmi internet saytında dərc edilib.

Jurnalistlərin fikrincə, qırmızı xalçada ən pis görünənlərin arasında çəhrayı atlaz gödəkçədə Dueyn Conson, pişik kostyumunda Cared Leto, yarıqlı paltarda Florens Pyu, gümüşü qısa paltarda Haydi Klum və qırmızı paltarda “Doja Cat” olublar.

Ən yaxşı geyinənlər sırasında qara paltarda Margo Robbi, ağ kostyumda “Bad Bunny”, qızılı kombinezonda Beyons və çəhrayı donda Zendaya yer alıb.