Məşhur vəkillərdən kimlər Nəcməddin Sadıkovu müdafiə etməyə razıdır? – Sensasion cavablar

Bu günlərdə Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və başqa bir neçə nəfər barəsində icraatın ayrılması ilə bağlı xəbər yayıldı. Mümkündür ki, N.Sadıkov və digərləri istintaqa cəlb edilsin.

İstintaqa cəlb edilən şəxsin mütləq vəkilə ehtiyacı olur. Nəcməddin Sadıkov kimi şəxslər bəzi vəkillər üçün cəlbedici müştəri hesab olunurlar. Maddi vəziyyətlərinin yaxşı olması səbəbindən yüksək məbləğdə qonorar ödəyirlər.

N.Sadıkov Azərbaycan ictimaiyyətində sevilməyən personadır. Ona ümumxalq qınağının, nifrətinin olması sirr deyil. İctimai rəydə sabiq Baş Qərargah rəisi Rusiyanın agenti kimi qəbul edilir. Uzun zamandır N.Sadıkovun Azərbaycan ordusunun maraqlarını Rusiyaya satdığı haqda iddialar səsləndirilir.

Bu cür sevilməyən personanın vəkili olmaq asan sayılmır. Maraqlıdır, Nəcməddin Sadıkov istintaqa cəlb edilərsə, tanınmış vəkillərdən kimlər onunla müqavilə bağlayıb, müdafiəsinə qoşular?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Mehman Muradlı birmənalı olaraq Sadıkovun hüquqlarını müdafiə etməyə razı olmadığını bildirib.

O, bunu “Tərtər işi” ilə əlaqələndirib:

Öz davranışını idarə edə bilməyəndən psixoloq olmaz” - Mehman Muradlı Yeni Sabah

Mehman Muradlı

“Şəxsən mən o şəxsin hüquqlarını müdafiə etmərəm. Hər şey bir kənara, Nəcməddin Sadıkov Tərtər qətliamının (“Tərtər işi”) birbaşa təşkilatçısıdır. Orada Hikmət Həsənov və başqa icraçılar da var. Sadıkov 2016-cı ildə aprel müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə o qədər hərbçini bilərəkdən qırdıran adamdır. Bunu ört-basdır etmək üçün bir korpusun 1700 nəfərdən çox şəxsi heyətini satqın çıxardılar. Sən əsgəri hansı formada satqın çıxara bilərsən axı?! Əsgər hansı formada informasiya daşıyıcısı ola bilərdi?! Əsgər sirr daşıyıcısı ola biləcək biri deyil! İstintaqa cəlb olunan 1700 nəfərin neçəsini döydürüb öldütdürdü! Bunlar hamısı onun rəhbərliyi altında baş verib. Şahidlərin ifadələri və kifayət qədər sübutlar var. Nəcməddin Sadıkovun məsuliyyətə cəlb edilməsi yetərincə gecikib. Çoxdan həbs olunmalı idi”.

Vəkil Rövşanə Rəhimli ona müraciət edən şəxsin hüquqlarını müdafiə edə biləcəyini bildirib:

Vəkil: Bəxtiyar Hacıyev azad olunmasına kömək edilməsi xahişi ilə prezidentə müraciət edib

Rövşanə Rəhimli

“Biz o şəxsin özünü deyil, hüquqlarını müdafiə edirik. Ona görə, niyə də yox?! Ümumiyyətlə, qanunvericiliyə əsasən müdafiə olunan şəxslə vəkilin şəxsiyyəti eyniləşdirilməməlidir. Biz sadəcə, prosessual olaraq işin doğru gedib-getmədiyini izləyirik”.

Vəkil Roman Qaraşov Nəcməddin Sadıkovun hüquqlarını heç bir halda müdafiə etməyəcəyini deyib:

First slide

Roman Qaraşov

“Şəxsən mən o adamı müdafiə etmərəm. İcraatımda kifayət qədər müdafiə etdiyim tanınmış şəxslər olub. Amma elə tanınmış şəxslər də var ki, onların müraciətini rədd etmişəm. Vəkilin müqavilə bağlamaqda sərbəstlik hüququ var. Dövlətə, xalqa qarşı həssas məqamlarda həmin şəxsi törətdiyi əmələ görə müdafiə etmərəm. Lakin müdafiə olunmaq onun da hüququdur. Hər hansı həmkarım onu müdafiə edərsə, normal qarşılayaram”.

Vəkil Elçin Sadıqov sabiq qərargah rəisini müdafiə edə biləcəyini deyib:

Elçin Sadıqov

“Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə, hər kəsin müdafiə hüququ var. Cinayət Prosessual Məcəllədə qeyd edilir ki, vəkilin şəxsiyyəti müdafiə etdiyi şəxsin şəxsiyyəti ilə eyniləşdirilə bilməz. Vəkilin kimisə müdafiə etməsində hər hansı bir qəbahət iş yoxdur”.

Vəkil İradə Cavadova da ona müraciət edən şəxsi müdafiə edə biləcəyini bildirib:

Vəkil İradə Cavadova məhkəmədə uduzdu: müdafiə etdiyi qadın ondan şikayətçidir

İradə Cavadova

“Hər bir şəxsin müdafiə hüququ var. Təqsirləndirilən şəxs vəzifəsindən, kimliyindən asılı olmayaraq, vəkil tutmaq hüququna malikdir. Hər bir vəkilin də borcudur ki, cinayətkarı deyil, onun hüquqlarını müdafiə etsin. Vəkil cinayətkarı müdafiə etmir, onun pozulmuş hüquqlarını müdafiə etmiş olur. Hətta ən qatı cinayətkar belə vəkilə müraciət edərsə, həmin vəkil istərsə onun pozulmuş hüquqlarını müdafiə etməyə razı ola bilər”,

Zaira Akifqızı
Globalinfo.az