photo 2025 09 26 19 22 33

“BMW” minlərlə avtomobili təhlükə səbəbindən geri çağırıb.

Globalinfo.az xəbər verir ki, ABŞ-da təxminən 196 min avtomobil, o cümlədən bir neçə “BMW” modeli və 2021–2022-ci illərin “Toyota Supra” avtomobilləri geri çağırılacaq. Almaniyada isə daha 137 minə yaxın avtomobilin geri çağırılmasına qərar verilib.

Ümumilikdə problem 2015–2022-ci illərdə istehsal olunan və Avropa, Asiya, eləcə də ABŞ-da satılan modellərə aiddir.

Avtokonsern nasazlığın starter sistemində olduğunu açıqlayıb. Şirkət ümumilikdə dünyada neçə avtomobilin bu qüsurdan təsirləndiyini dəqiqləşdirməyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: