dis meshur

Bakıda klinika sahibinin evindən seyfdə saxladığı 60.000 dollar və 4.300 manat pul oğurlanıb. 

Globalinfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, oğurluq hadisədini Bakıxanov qəsəbəsində yerləşən “Krivetka” adlı restoranı icarəyə götürüb işlədən şəxs, 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasnın Babək rayonunun Cəhri kəndində doğulmuş Ramis və onun 1993-cü il təvəllüdlü bacısı oğlu Camal törədib.

Hadisə 10 may 2022-ci ildə baş versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi 22 may 2023-cü ildə təqsirləndirilən şəxslərə hökm oxuyub.

Oğurluq hadisəsi isə Bakıda Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən stomatoloji klinikanın sahibi Elmar Kərimovun evində törədilib.  Oğurluq törədən şəxslər həkimin evini onun həyat yoldaşı Vüsalə Kərimovanın idarə etdiyi “Range Rover” markalı avtomobili izləyərək müəyyən ediblər.

Ramis “Krivetka” adlı restorandan işdən qovulmağının səbəbkarının Elmar Kərimov olduğunu düşündüyü üçün ondan qisas almaq məqsədilə mənzilindən oğurluq etdiyini söyləyib.

f80f8356d200d111f0e4447e3de76d30c8fa5d52 d2fe 4ed0 9321 b7e9145db774 jpg

Camal isə özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirib ki, dayısı Ramisin təkidindən sonra klinika sahibini yaşadığı binanın kamerasını sındırıb. Özü ali təhsillidir, dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının təşkili sahəsində fəaliyyət göstərib. Özü də dövlət qulluğuna hazırlıqla bağlı təşkil etdiyi kurslarda müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. Həmçinin qeyd edib ki, Elmar Kərimova dəymiş ziyanı ödəyiblər.

Məhkəmənin qərarı ilə Ramis Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Camal da Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən, o, həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, stomatoloji klinikanın sahibi Elmar Kərimov bir sıra məşhur müğənnilərin və tanınmış şəxslərin diş həkimidir.

195809408803160c521632c66bc8420baa825e82 a83a 4cad a03d ac159f6e578a jpg
37488fd85c5741f196e68dab1b88e75b66750704 4e42 4fd6 b03a 1790da707674 jpg
ec8c97617c8b6a8329cf11707cdc684051bbafa6 8bb2 4115 80bc 2bed4c7e7a21 jpg

 

 

Paylaş: