“Yuventus”a ardıcıl zərbələr: daha iki problem ortaya çıxdı

UEFA “Yuventus” klubunu avrokuboklardan kənarlaşdıra bilər.

Bildirilir ki, klub maliyyə pozuntularında yol verilən saxtakarlıqlara görə Avropadakı turnirlərdən məhrum olmaq təhlükəsi ilə üz-üzədir.

Mümkün cəza yalnız “Yuventus”un avrokuboklara vəsiqə qazanacağı təqdirdə tətbiq olunacaq. Əgər klub bu mövsüm A Seriyasını ilk 7-likdə bitirə bilməsə, cəza yalnız “Yuve” Avropa yarışlarına qayıdandan sonra qüvvəyə minəcək.

***11:25

Maliyyə pozuntularına görə A Seriyasında 15 xalı silinən “Yuventus”da şok dalğası davam edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı İtaliyanın “Libero” qəzeti yayıb

Çempionlar Liqasında oynamaq şansı olmayan klubdan bəzi futbolçular Turin klubundan ayrılmaq qərarına gəliblər. Fanat.az-ın məlumatına görə, Voytsex Şesnı, Ueston Makkenni və Adrien Rabyonun artıq yeni klub axtarmağa başladıqları bildirilir.

“Qoca sinyora”dan daha çox oyunçunun ayrılacağı gözlənilir.