Ulduz futbolçudan keçmiş klubuna böyük jest – FOTOLAR

“Barselona”nın fransalı hücumçusu Usman Dembele futbola ilk addımlarını atdığı, hazırda isə böyük maliyyə sıxıntıları yaşayan “Evre 27”yə 100 min avro maddi yardım edib.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın dördüncü divizion klubunun rəsmi sosial şəbəkə hesabından məlumat verilib.

“Evre meri Gi Lefran və klub prezidenti Samuel Brigantino Usman Dembeleyə belə çətin vaxtda səxavətinə və kluba verdiyi dəstəyə görə minnətdarlıqlarını bildirirlər. 700-dən çox oyunçu ən yaxşı şəraitdə oyundan həzz almağa davam edir”, – deyə klubun sosial media hesabında bildirilib.