“ABŞ-ın sülh planı ilə bağlı qeyri-real gözləntilər olmamalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Təklif olunan plan bir sıra mühüm elementləri, eyni zamanda daha da inkişaf etdirilməsi və danışıqlar aparılmasını tələb edən mürəkkəb elementləri ehtiva edir. Məsələni şişirtməyin. Biz sülh yolunda məqsədimizə çatmaqdan hələ çox uzağıq”, – o bildirib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Rusiya hərbi əməliyyatların dayandırılması və geniş ərazilərə nəzarətdən əl çəkilməsi məsələsini müzakirə etməyə hazırdır. O, xüsusi elçisi Stiv Uitkoffun gələn həftə Prezident Vladimir Putinlə görüşəcəyini də açıqlayıb.
Əliyar Xəlil
Globalinfo.az