ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ukraynadakı müharibədən narazı olan rusiyalılar arasında casuslar axtarmağa hazırlaşır.
Globalinfo.az Oxu.az-a istinadən bildirir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatlar üzrə direktor müavini Devid Marlou məlumat verib.
“Bizim kimi Rusiya Federasiyasının müharibəsinə qarşı çıxan rusiyalıları axtarırıq. Biz onlarla əməkdaşlığa açığıq”, – deyə MKİ-nin direktor müavini Devid Marlou qeyd edib.
Əməkdaşlıq üçün əsasən rusiyalı hərbçilər, məmurlar, oliqarxlar, liderlər axtarılır.