Mərkəzi Bank uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 2023-cü ildə uçot dərəcəsi ilə bağlı ilk qərarını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, faiz dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılıb.