Mərkəzi Bank faiz qərarını açıqlayacaq

Sabah saat 10:00-da Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, saat 11:00-da isə qurumun əsas binasında mətbuat konfransı keçiriləcək.