47407ce0 9c0c 11e9 bdff a2d096f0f77e

ABŞ Prezidenti Donald tramp Çin lideri Si Cinpinlə görüşməyə hazır olduğunu bildirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, həm də Si Cinpini “dost” adlandırıb.

Trampa Çin lideri ilə görüşməyə hazır olub-olmadığı barədə sual ünvanlanıb:

“Əlbəttə. O, mənim dostumdur. Mənim ondan xoşum gəlir və ona hörmət edirəm, lakin onlar bizim ölkəmizə yaxşı davranmadılar”, – deyə o cavab verib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: