Məktəbli faciəvi şəkildə öldü

neftcala kanal 280820 1

Mingəçevirli 9-cu sinif şagirdi Yevlax ərazisində kanalda batıb.

Globalinfo.az xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalından mənbəyini götürən suvarma kanalının Yevlax rayonunun Tanrıqullar kəndi ərazisindən keçən hissəsində baş verib.

2010-cu il təvəllüdlü Mingəçevir şəhər sakini Rəsulov Hüseyn Subhanoviç Kor çay yaxınlığından keçən suvarma kanalında batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Yevlax şəhəri, Tanrıqulular kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.