prez mek teyyare

Meksika prezidentinin uçduğu “Boeing 787-8” təyyarəsi icarəyə verilmək üçün “Mexicana de Aviacion” dövlət aviaşirkətinə təhvil veriləcək.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Meksika Prezidenti Andres Manuel Lopes Obrador çıxış edib.

Qeyd olunur ki, Andres Manuel Lopes Obrador hələ prezident vəzifəsinə başlamazdan əvvəl 2016-cı ildə əvvəlki hökumətin dövründə alınan “Boeing 787-8 Dreamliner” təyyarəsinin satılacağını bəyan etmişdi.

Lakin üstündən 6 il keçməsinə baxmayaraq, təyyarə üçün alıcı tapmaq mümkün olmayıb.

Bu səbəbdən dəyəri təqribən 219 milyon dollar olan təyyarənin kommersiya məqsədləri üçün istifadəyə verilməsi qərarı verilib.

Paylaş: