Məhv edilən erməni hərbçilərin adı açıqlandı – FOTO

Ermənistan ordusunun səhər saatlarında törətdiyi təxribat nəticəsində məhv edilən hərbçilərinin adları bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Masis icmasının rəhbəri David Ambartsumyan bildirib.

O bildirib ki, hərbçilərin hər ikisi Masis icmasının sakinləri olublar.

Ölən hərbçilərin adları Andranik Antonyan və Arsen Mkrtçyandır.

Qeyd edək ki, Ermənistan ordusu sentyabrın 1-də Azərbaycanla şərti sərhəddə təxribat törədib. Erməni təxribatına ordumuzun bölmələri tərəfindən tutarlı cavab verilib və qarşı tərəf itkiylə üzləşib.

Əliyar Xəlil
Globalinfo.az