Bakıda məhkəmə zalında ölüm – FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs məhkəmə zalında vəfat edib.

Globalinfo.az bildirir ki, bu barədə vəkil Adəm Məmmədov xəbər verib.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən Şəmil Qədimovun ürək tutmasından keçindiyi bildirilib.

Məlumata görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə onun qəflətən halı pisləşib.

Şəmil Qədimov həbsdə deyilmiş.