Məhkəmə Ekspertiza Mərkəzinə yeni rəis təyin olundu

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə rəis təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən Məhkəmə Ekspertiza Mərkəzinin rəisi vəzifəsi Elçin Qasımova həvalə olunub.

Məlumatı nazirliyin mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, E.Qasımov bundan əvvəl Ədliyyə nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi idi.