VACİB XƏBƏRLƏR

Mariya Zaxarovanın mahnısı yayımlandı – VİDEO

Region

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sözlərinə yazılmış “Vzletaem na qrozu” (“Fırtınaya uçuş”) mahnısı musiqi platformalarında yayımlanıb.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, bu barədə o, Teleqram kanalında məlumat verib.

“Mahnı yayımlandı! İyunun 12-də – Rusiya Günündə “Lujniki”də prodüser Maks Fadeyevlə birlikdə hazırladığımız “Vzletaem na qrozu” mahnısının premyerası baş tutdu. Mahnının nə vaxt yayımlanacağı ilə bağlı çoxsaylı müraciətlər olurdu. Nəhayət, yayımlandı” – Zaxarova yazıb.

XİN rəsmisi mahnının müxtəlif platformalarda linkini də təqdim edib. Mahnını “Yandex Music”, “VK Music”, “Zvuk”, “Spotify”, “iTunes” və digər platformalarda dinləmək olar.

Diplomat bundan əvvəl bildirmişdi ki, “Vzletaem na qrozu” qəhrəmanlar dövrünə, çətinliklərin öhdəsindən gəlmək bacarığına və çətinlik qarşısında təslim olmamağa həsr olunub. Mahnını Roman Mixrabi ifa edib.

Paylaş:

Ən çox oxunan xəbərlər

Rubrika

Bizi izləyin

Xəbər axtarın
Axtarış