Paşinyanın sonu o iki lider kimi olacaq – Manukyan

“Bu tamaşada Paşinyana Zelenski və ya Saakaşvili rolu verilib”.

Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan deyib.

O bildirib ki, xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etməyə çalışırlar.

“Bu tamaşada Nikol Paşinyana Zelenski və ya Saakaşvili rolu verilib. Paşinyan öz maraqları naminə Ermənistanı Rusiya-Qərb, İran-Qərb münaqişəsində piyadaya çevirib. Bizim suverenlik anlayışımız təhrif olunub. Onu müttəfiqlərdən məhrum olan və yanlış əllərdə marionetə çevrilən ölkə əvəzləyib. Paşinyan Zelenskinin Ukrayna ilə etdiyi Ermənistanla həyata keçirir, ölkəni xarabalığa çevirir”.

Manukyan hesab edir ki, Zelenskinin səfəri baş tutsa, bu, Ermənistana qarşı təxribatla nəticələnəcək. 

“Bu, Ermənistan-Rusiya münasibətlərində dönüş nöqtəsi olacaq. Azərbaycanın vəziyyətdən istifadə etməyə və Ermənistana təzyiq göstərməyə çalışacaq. Bakı, Moskva və İrəvan arasında korlanmış münasibətlərdən yararlanmaq üçün fürsət gözləyir. Paşinyan Ermənistana sülh gətirəcəyini deməklə yalan danışıb. Onun siyasəti iflasa uğrayıb, indi Paşinyan öz canını xilas etmək üçün addımlar atır”, – Manukyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az